Dollar "qara bazarda" pik həddə bahalaşdı

14:46 - 19 Dekabr 2016 - İQTİSADİYYAT

"Qara bazar"da dolların alış qiymətinin 1.90 manata qalxdığı bildirilir. Ucnoqta.az-ın "marja"ya istinadən verdiyi məlumata görə, "Qara bazar"da hazırda dolların alış qiyməti 1,90 manat, satış qiyməti isə 1,92 manatdır.
Qeyd edək ki, Mərkəzi Bank 19.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,7525 səviyyəsində müəyyən etmişdir.  
Hökumət "Qara bazar"a qarşı mübarizəni gücləndirib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların "qara bazar"da qiyməti qalxır. Artıq "qara bazar"da dollar Mərkəzi Bankın rəsmi məzənnəsindən 8% baha satılır.

Xəbər xətti