Quba rayonunun Alekseyevka kəndində qaz tənzimləyici qurğu oğurlanıb. İstiPress-in Şimal bürosunun verdiyi məlumata görə, bu səbəbdən kənddə 100 abonentin qazla təchizatında problem yaranıb. Hadisə yerinə Quba rayon Polis Şöbəsinin və Qaz İstismar Sahəsinin (QİS) əməkdaşları cəlb olunub. QİS rəisi Elmir Camalov verdiyi məlumata görə, hazırda kəndə qazın verilişini bərpa etmək istiqamətində işlər aparılır. Qeyd edək ki, bundan əvvəl rayonun Alpan və Barlı kəndlərində də oxşar hadisə olub. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.