Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 718,002 mln. manat ödənilib. Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,907 mln. manat, “Zaminbank” ASC - 52,383 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,269 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,944 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,050 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 430,534 mln. manat kompensasiya alıblar.