Klublararası dünya çempionatının ən yaxşı oyunçusu müəyyənləşib. İstiPress-in FİFA-nın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, bu ada “Real”ın hücumçusu Kriştiano Ronaldo layiq görülüb. “Kasima Antlers” komandası ilə final matçında (4:2) het-trik edən portuqalıyalı futbolçuya “Qızıl top” mükafati verilib. Bu nominasiyada ikinci yeri Luka Modriç (“Real”), üçüncü yeri Qaku Sabasuki (“Kasima Antlers”, finalda iki qol vurub) tutub.
Turnirin feyr-pley mükafatını “Kasima Аntlers” qazanıb.