Bakıda fəhlə yeni tikilən binanın 7-ci mərtəbəsindən yıxılıb öldü

13:08 - 17 Dekabr 2016 - HADİSƏ

Paytaxt sakini fəhlə işlədiyi tikilinin 7-ci mərtəbəsindən yıxılıb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 16-da Bakı şəhər sakini Rafiq Allahverdiyev Səbail rayonu ərazisindəki fəhlə işlədiyi yeni inşa edilən ticarət mərkəzinin 7-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Bundan başqa, dekabrın 16-da Nərimanov rayonu ərazisində yaşayan Orxan Həsənov evinin eyvanında (20 mərtəbəli binanın 16-cı mərtəbəsində) siqaret çəkərkən ehtiyatsızlığı nəticəsində oradan yıxılaraq ölüb.
Hər iki fakt üzrə araşdırma aparılır.

Xəbər xətti