"Ötən ildən Azərbaycanda 2 dəfə devalvasiya olub, neftin qiyməti 3 dəfə düşüb, büdcədə azalma var, tədiyyə balansında problemlər müşahidə olunur". APA-nın xəbərinə görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.
O bildirib ki, bunlar təbii və obyektiv proseslərdir: "Azərbaycanın 10 ildə olan iqtisadi modeli, artımı özünü doğrultdu. Qısa müddətdə yeni infrastruktur quruldu, Azərbaycan tamamilə yeni ölkəyə çevrildi. Ancaq yeni iqtisadi şəraitdə bu modelin davam etdirilməsinin o qədər də töhfəsi böyük olmadı. Ona görə də ölkədə yeni iqtisadi modelin axtarışına başlanılıb. Prezident tərəfindən növbəti mərhələ üçün Strateji Yol Xəritəsi imzalanıb. Bütün sahələri əhatə edən bu sənəd artıq açıqlanıb, hər kəs, xüsusilə iqtisadçılar ona baxıb öz fikirlərini, rəylərini verə bilər".
Ş. Mövsümov ölkədə yüksək səviyyəli iqtisadçıların azlığından da şikayətl'nib: "Bu gün ən mühüm problem odur ki, ölkədə yüksək səviyyəli mütəxəssis iqtisadçı azdır".