Ucar sakini ehtiyatsızlıqdan özünü güllələyib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də Ucar rayon sakini İlkin İbrahimov qırma yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib.O, izahatında Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ov edərkən ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən xəsarət aldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.