“Azərbaycana gələn turistlərin sayında ötən illə müqayisədə 11 faiz artım müşahidə olunur. Biz bunun artacağını ümid edirik”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 33 dəfə, ümumilikdə isə ərəb ölkələrindən gələnlərin sayında 8 dəfə artım müşahidə olunub.
Nazir müavini əlavə edib ki, ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq.