Naxçıvan Muxtar Respublikasında musiqi təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. Bununla bağlı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Əliyev Elşən Adil oğluna “Əməkdar müəllim”, İbrahimova Səbinə Pənah qızına, Seyidova Zülfiyyə Yusif qızına və Yusubova Sevda Nəsib qızına – “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.