Ağ Ev: "ABŞ-da seçkilər zamanı baş verən haker hücumlarının arxasında şəxsən Rusiya prezidenti dayanır"

10:52 - 16 Dekabr 2016 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilən prezident seçkiləri prosesinə müdaxilə məqsədli haker əməliyyatında bilavasitə iştirak etməsi mümkündür. BBC xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı prezidenti Barak Obamanın müşaviri Ben Rouds bildirib.

B.Rouds V.Putinin Rusiya hökuməti tərəfindən həyata keçirilən bütün əməliyyatlara ciddi nəzarət etdiyini və buradan da onun başverənlərdən xəbərdar olması nəticəsinə gəlindiyini vurğulayıb.

Ağ Ev sözçüsü Coş Ernest isə əlavə edib ki, onun fikrincə, V.Putinin bu işdə iştirakı faktı tam aydındır.

Öz növbəsində, Kreml növbəti dəfə ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsinə təsir etmək məqsədi daşıyan haker hücumlarında Rusiya tərəfinin iştirak etməsi haqqında olan ehtimalları bir daha təkzib edib.

Xəbər xətti