Ermənistan AES-in fəaliyyəti bərpa edilib

15:11 - 14 Dekabr 2016 - DÜNYA

 Ermənistan Atom Elektrik Stansiyasının (AES) işi bərpa edilib. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edəki, Ermənistanın Metsamor AES bu il sentyabrın 20-də "plan üzrə" təmirə dayandırılmışdı.

Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.
Qeyd edək ki, bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat yayılmışdı.

Xəbər xətti