Qusar rayonunda sərnişin avtobusu qəzaya düşüb."Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı sərnişin avtobusu Mühəndis Qiyasovun idarə etdiyi "Toyota-Pikap" markalı avtomobillə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər - "Toyota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər - rayonun Hil kənd sakini 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.
Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.
Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobil Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Toyota-Pikap"ın sürcüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.