Çinin Şandun vilayətində fəaliyyət göstərən zavodda yanğın baş verib. Bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
Məlumata görə, ölkənin şərqindəki Hayyan şəhərində elektron avadanlıqları istehsal edən müəssisədə baş vermiş hadisə zamanı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.