Azərbaycanda daha bir məhkum dünyasını dəyişib.APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum, 1967-ci il təvəllüdlü Əlişah Əliş oğlu Məlikov qəfildən vəfat edib. Ölümün səbəblərinin müəyyənləşdirməkdən ötrü ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son günlər məhkumlar arasında ölüm halları artıb.