CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 56,83 dollar/barel təşkil edib ki, bu da dekabrın 9-na olan göstəricidən 1,94 dollar/barel çoxdur.Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 55,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,89 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 51,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,05 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 12-də 54,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur.