Koreya Respublikasının Ulsan şəhərindəki hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralıların hamısı Cənubi Koreya ordusunun əsgərləridir. Onlar xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Hərbçilər hələ rəsmi bəyanat verməyiblər.