Vyetnamda Daklak əyalətində polis məntəqəsinin kimyəvi əşyalar saxlanılan bölməsində partlayış baş verib.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, nəticədə 3 polis əməkdaşı ölüb.
Məlumata görə, partlayışın terror aktı olması da istisna edilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.