İsmayıllı rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:32:56-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.4, dərinliyi 8 km olub.