Quterreş: "BMT-də islahatlara ehtiyac var"

10:49 - 13 Dekabr 2016 - SİYASƏT

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi Antoniu Quterreş bildirib ki, təşkilatın ştatında və büdcəsində islahatlara ehtiyac var. Bunu o, andiçmə mərasimindən sonra baş katib kimi ilk çıxışı zamanı bildirib.

"Mən demək istəyirəm ki, həm BMT-nin ştatı, həm də onun büdcəsinin islahatlara ehtiyacı var. Onların işi böhran barədə xəbərdarlıq etməkdir, fəsadları aradan qaldırmaq deyil", - deyə A.Quterreş bildirib.

A.Quterreş dekabrın 12-də and içib və rəsmi olaraq BMT-nin baş katibi kimi vəzifəsinin icrasına başlayıb.

Xəbər xətti