Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo "France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusu üçün verdiyi "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək.Qol.az-ın “Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb onun klublararası dünya çempionatında iştirak üçün Yaponiyaya getməsidir.Portuqaliyanın hücumçunun bugünkü mərasimdə "Qızıl top"u qazanacağı gözlənilir. Onun mərasimə canlı telekörpü vasitəsi ilə qatılacağı gözlənilir.
Qeyd edək ki, "Qızıl top"un sahibinin adı bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mükafata əsas namizədlər Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, "Barselona) və Antuan Qrizmanndır (Fransa, "Atletiko").
Əlavə edək ki, "Qızıl top"un sahibi jurnalistlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.