İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb. “Report“ "Milliyet"ə istinadən xəbər verir ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır. Terror nəticəsində 155 nəfər yaralanıb.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.