Bakıda daha iki nəfər dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev və Sabunçu rayonu ərazisində yaşayan Asifə Qasımova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.