"Brent" markalı neftin qiyməti 21 iyul 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 57 dolları ötüb. Bu barədə hərracların nəticələri deməyə əsas verir.
Dekabrın 10-da Vyanada OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrinin görüşü keçirilib. Görüşdə 12 dövlət iştirak edib. Sonda 11 ölkə tərəfindən 2017-ci ilin yanvarından etibarən neft hasilatının ümumilikdə sutkada 558 min barel azaldılması barədə saziş imzalanıb. Azərbaycan neft hasilatını sutkada 35 min barel azaltmağa razılıq verib.