ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev 11 dekabrda keçiriləcək parlament seçkilərini izləmək üçün ATƏT-in Müşahidə Missiyasının rəhbəri kimi keçmiş Yuqoslav Respublikası Makedoniyada səfərdədir.Trend-in məlumatına görə, son iki gündə Azay Quliyev paytaxt Skopyedə Makedoniyadakı seçkiöncəsi mühiti, KİV-in seçkiyə hazırlığını və xüsusilə siyasi partiyaların və seçkidə maraqlı tərəflərin fikrini öyrənmək üçün bir çox görüşlər keçirib.Makedoniyanın Xarici İşlər Naziri Nikola Poposki seçkiöncəsi vəziyyətl, seçkilərə hazırlıq, digər beynəlxalq qurumların seçkiöncəsi fəaliyyəti, əməkdaşlıq imkanları və seçkilərin azad, şəffaf izlənməsi üçün yaradılan şərait haqda məlumat verib. Bu barədə ATƏT PA-nın rəsmi facebook səhifəsində məlumat yayılıb.ATƏT PA-nın rəsmi saytının verdiyi məlumata görə, paytaxt Skopyedə ATƏT PA, AŞPA və Avropa Parlamentinin nümayəndələri ilə brifinq davam edib. Brifinqdə ATƏT PA-nın müçahidə missiyasının rəhbəri Azay Quliyev (Azərbaycan), ATƏT qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Roberto Battelli (Sloveniya), AŞPA-nın müşahidə missiyasının rəhbəri Stefan Schennach (Avstriya) və Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri İqor Soltes (Sloveniya) müşahidə missiyasını maraqlandıran sualları cavablandırıblar. Brifinqdə seçkiöncəsi siyasi partiyalar, media, Vətəndaş Cəmiyyəti İnstitutları, seçkidə maraqlı tərəflərin nümayəndələri ilə keçirilən görüşlər barəsində danışılıb, habelə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının açıqlaması dinlənilib.Makedoniyanın tanınmış xəbər agentliklərinin verdiyi xəbərə görə isə elə həmin gün Makedoniya KİV təmsilçiləri ilə ölkədə medianın durumu, hadisələrə təsir imkanları, müstəqil medianın vəziyyəti barədə diskusiya keçirilib. ATƏT PA Sçeki Müşahidə Msiyyasının rəhbəri jurnalistləri maraqlandıran suallara cavab verib."Biz bu seçkilərin Makedoniyada uzun müddət sürən siyasi böhrana son qoyacağına ümid edirik və bu seçkilərin Makedoniya üçün çox əhəmiyyətli olduğunu bildiririk".Bu sözləri ATƏT PA -nın Makedoniyadakı seçkilər üzrə Müşahidə Missiyasının rəhbəri Azay Quliyev yerli mediayaya açıqlamasında deyib.ATƏT PA vitse prezidentinin sözlərinə görə seçkinin ilkin nəticələri haqda açıqlama bazar ertəsi günü veriləcək.Qeyd olunub ki, hazırda 250 beynəlxalq qısamüddətli müşahidəçi izləyir.ATƏT PA vitse prezidentinin sözlərinə görə seçkinin ilkin nəticələri haqda açıqlama bazar ertəsi günü veriləcək.Xatırladaq ki, ATƏT PA vitse prezidenti Azay Quliyev ardıcıl olaraq ikinci dəfə Avropa keçirilən parlament seçkilərini izləmək üçün ATƏT PA-nın Seçki Müşahidə Missiyasına rəhbərlik edir. Azay Quliyev az müddət öncə Monteneqroda keçirilən parlament seçkilərində də Seçki Müşahidə Missiyasının rəhbəri olub.