Suriyanın Palmira şəhərinə hücumun qarşısı alınıb, 300 terrorçu məhv edilib

16:53 - 11 Dekabr 2016 - DÜNYA

Rusiya Hərbi-Kosmik Qüvvələri terrorçuların mövqelərinə 64 zərbə endirib. Suriya ordusu Rusiya Hərbi-Kosmik Qüvvələrinin fəal dəstəyi ilə gecə ərzində terrorçuların Palmira şəhərinə bütün hücumlarının qarşısını alıb."Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.Qeyd olunur ki, Rusiya hərbi təyyarələri gecə boyu yaraqlıların mövqelərinə, karvanlarına və anbarlarına 64 hava zərbəsi endirib. Nəticədə 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib.

Xəbər xətti