İstanbulda terror nəticəsində ölənlərin sayı 38-ə çatıb

12:56 - 11 Dekabr 2016 - DÜNYA

İstanbulun Beşiktaş rayonunda Vodafone Arena yaxınlığında baş vermiş terror hadisəsi barədə yeni açıqlama verilib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayış zamanı ölənlərin sayı 38 nəfərə çatdığını və partlayışı PKK tərəfindən törədildiyinin güman edildiyini bildirib. Onun sözlərinə görə, şəhid olanlardan 30-u polis, 7-si mülki vətəndaş, bir nəfərin isə şəxsiyyətini müəyyənləşdirlməyib. O, hazırda xəstəxanalarda 14-ü ağır vəziyyətdə olmaqla 136 yaralı olduğunu əlavə edib.
 

Xəbər xətti