Şəmkirdə 18 yaşlı gənc dəm qazından zəhərlənib

14:00 - 27 Noyabr 2016 - HADİSƏ

Şəmkirdə dəm qazından zəhərlənmə olub. APA-nın verdiyi məlumata görə, rayonun Çənlibel kənd sakini, 1998-ci il təvəllüdlü Zaur Zeynalov dəm qazı ilə zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Z. Zeynalov yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Xəbər xətti