Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 25-də saat 19 radələrində rayonunun Dünyamalılar kəndi ərazisində baş verib. Belə ki, rayon sakini Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb.
Nəticədə sürücü Q.Sarıyev hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.