Fidel Kastro vəfat edib

09:35 - 26 Noyabr 2016 - Xəbər

 Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə mərhumun qardaşı, Kubanın dövlət başçısı Raul Kastro məlumat verib.

Qeyd edək ki, inqilabçı, dövlət, siyasi və partiya xadimi olan Fidel Kastro 1959-2011-ci illərdə Kubaya rəhbərlik edib.

Xəbər xətti