Cənubi Afrika Respublikanın (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane Azərbaycana rəsmi səfər edəcək. XİN-dən verilən məlumata görə, səfər çərçivəsində Maite Nkoana-Maşabanenin azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
CAR XİN rəhbəri həmçinin Azərbaycanın digər rəsmi şəxsləri ilə də görüşəcək.