Bakıda xəstəxanada intihar hadisəsi baş verib

15:15 - 25 Noyabr 2016 - HADİSƏ

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib. 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.
Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.
Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti