Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məhkəmələrin müstəqilliyi barədə geniş məruzə edib. Hakimlərin və prokurorluq işçilərinin müstəqilliyi haqqında danışan ADİHİ rəhbəri məhkəmələrin müstəqilliyinə mane olan məqamları sadalayıb.
Bir sıra ölkələrdə məhkəmə hakimlərinin iqtidar partiyası üzvləri olduğunu və ya müəyyən sosial təbəqəni təmsil etdiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov yerli mətbuat orqanlarının da məhkəmələrin fəaliyyətinə təsir etməyə çalışdıqlarını, mətbuat orqanlarında silsilə məqalələr dərc etməklə hakimlərin məhkəmə proseslərində çıxaracağı qərarı dəyişməyə cəhdlər edildiyini də bildirib. Məhkəmə hakimlərinin və prokurorluq əməkdaşlarının tam müstəqil institut kimi formalaşmasının zəruriliyini vurğulayan ADİHİ rəhbəri mükəmməl ədliyyə sisteminə malik Qərb ölkələrində belə bu sahədə boşluqların olduğunu diqqətə çatdırıb.