Tayvanın 3-cü böyük aviaşirkəti olan “TransAsia Airveys” maddi çətinliklər ucabtından bağlanacağını açıqlayıb. Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, əsasən Çin, Tayvan, Cənubi və Şimali Asiya regionuna səfərlər təşkil edən şirkət ötən ili 35 milyon, bu ilin ilk 3 rübünü isə 70 milyon dollar zərərərlə başa vurub. 65 ildir fəaliyyət göstərən şirkətin 2014-2015-ci illərdə ölkədaxili reyslərdə baş verən qəzalar səbəbindən müflis olduğu təxmin edilir.