Avtomobil təmiri servisində sürücü ustanı döyüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "VER" avtomobil servisində qeydə alınıb.
Belə ki, servisdə usta işləyən 1990-cı il təvvəllüdlü Babayev Xəqani Qüdrət oğlu 6 ay əvvəl avtomobilini təmir etdiyi müştərisi ilə mübahisə edib. Müştəri 6 ay əvvəl avtomobilini X.Babayevə təmir etdirdiyini və ustanın əl işindən narazı qaldığını, avtomobilinin hələ də nasaz olduğunu bildirib. X.Babayev isə başqa vaxt gəlməsini təklif edib. Bundan hiddətlənən müştəri X.Babayevin baş nahiyəsinə dəmir alətlə vurub.
X.Babayev xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.