"IV İslam Həmrəylik Oyunları və "Formula-1" üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında, plan üzrə gedir".
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, hazırlıq işləri ilə bağlı heç bir problem yoxdur: "Bütün işlər nəzərdə tutulan vaxtda başa çatdırılacaq".
Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları və "Formula-1" üzrə Avropa Qran-pri yarışları 2017-ci ildə Bakıda keçiriləcək.