AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Premyer Liqa ilə bağlı 2 qərar verilib. XII turun “Kəpəz”lə matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qarabağ” 800 manat cərimə olunub.
“İnter”lə qarşılaşmanın 68-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulan AZAL-ın legioneri Brayn Fok 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.