"Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proselərə, şoklara adekvat reaksiya verməlidir". "Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
H.Timmer ümumiyyətlə, məzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: "Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq".
DB rəsmiləri qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: "Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir".