Quba rayonunda fərdi yaşayış evində yanğın baş verib. “Report” xəbər verir ki, hadisə şəhər ərazisində 82 yaşlı Gövhər Əliyevaya məxsus evdə qeydə alınıb. Nəticədə ev əşyaları ilə birlikdə yanıb.Hadisə yerinə Quba Rayon Yanğından Mühafizə Xidmətinin yanğın söndürüən maşınları və canlı qüvvəsi cəlb olunub.Yanğın söndürüldükdən sonra evdən G.Əliyevanın yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.