Bakıda 87 yaşlı qadın yanıq xəsarətindən ölüb

13:06 - 21 Noyabr 2016 - HADİSƏ

Binəqədi rayonunda 87 yaşlı qadın evdə iş görərkən yaylığının yanması səbəbində baş nahiyəsindən yanıq xəsarəti alıb. Ucnoqta.azn Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Noyabrın 12-də Binəqədi rayonu ərazisində yaşayan 87 yaşlı Tatyana Rosiskaya evində iş görərkən yaylığı yandığından baş nahiyəsindən yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən T.Rosiskaya noyabrın 19-da orada ölüb.

Araşdırma aparılır. 

 

Fidan

Xəbər xətti