Hindistanda baş verən dəmiryol qəzasında ölənlərin sayı artıb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son rəqəmlərə görə, Uttar-Pradeş ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 133 nəfər ölüb. Məlumata görə, xilasetmə əməliyyatı artıq başa çatıb və 80-dən çox adamın cəsədi artıq tanınıb. Ölənlərin hamısının Hindistan vətəndaşları olduğu deyilir. Hadisənin dəqiq səbəbi hələlik məlum olmasa da, ilkin ehtimala görə, qəza qatarın relsdən çıxması nəticəsində baş verib.