Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti xidmət və məhsullarını abunəçilərinə yaxın etmək məqsədilə Sumqayıt şəhərində sayca 3-cü Satış və Xidmət Mərkəzini (SXM) açıb. "Bakcell" abunəçiləri şəhərin Üzeyir Hacıbəyov küçəsində (Şərq bazarının yanında) yerləşən yeni konsept və dizaynlı SXM-də xidmət və məhsullar haqqında məlumat əldə etməklə yanaşı, satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər. "Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni SXM Azərbaycanda ən böyüyüdür. İnanırıq ki, şəhər sakinləri və qonaqlar bu mərkəzdə xidmətlərimizdən rahatlıqla faydalanacaqlar" - "Bakcell"in baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, hazırda "Bakcell"in paytaxt və bölgələrdə 30 SXM-si abunəçilərinə xidmət göstərir. Şirkət onların sayını bir qədər də artıracaq.