Bakıda 56 yaşlı qadını avtomobil vurub."Report"un xəbərinə görə, hadisə Babək prospektində qeydə alınıb.Belə ki, 1960-cı il təvvəllüdlü Seyidova Gülşən Musa qızı yolu keçmək istəyərkən onu "Hyundai" markalı avtomobil vurub. Xəsarət alan qadını həmin avtomobilin sürücüsü 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıb.
Xəstəxanadan verilən məlumata görə, G.Seyidova əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.