Azərbaycanın daha bir taekvondoçusu dünya çempionatında medal qazanıb

10:11 - 18 Noyabr 2016 - İDMAN

Kanadanın Bernabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. "Report"un məlumatına görə, ikinci yarış günündə 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov gümüş medala sahib olub. Ardıcıl olaraq, ukraynalı, çinli, meksikalı, italiyalı və iranlı rəqiblərini məğlub edən Maqomedov finalda cənubi koreyalıya uduzub.

Qeyd edək ki, bu, dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı olub. İlk yarış günündə Ayaz Qəmbərli (45 kq) bürünc medala yiyələnib.  

Xəbər xətti