Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Cəmil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, C. İbrahimovun cinayətinin məhkəmədə də sübuta yetirildiyini deyib. O, C. İbrahimova 5 il həbs cəzası istəyib.
Proses noyabrın 25-də davam etdiriləcək.
İttihama görə, C. İbrahimov dəniz kənarında əlbəyaxa dava nəticəsində taksi sürücüsü Amid Bağırovu bıçaqlayıb. Ağır xəsarət alan A. Bağırovu xilas etmək mümkün olub.
Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi olan C. İbrahimov barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.