ABŞ-ın cənubunda yerləşən Oklahoma ştatında Uill Rocers adına hava limanı atışma nəticəsində bağlanıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə ştat polisinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.
"Biz hazırda Uill Rocers aeroportunu bağlamışıq. Əgər siz hava limanındasınızsa, növbəti sərəncama qədər özünüzə sığınacaq tapın", — deyə məlumatda bildirilir.
İnsidentin detalları barədə məlumat hələ ki, yoxdur.