Bakı sakini keçmiş arvadını bıçaqlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində avtobus dayanacağında baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Bilalov Kamran Rafiq oğlu keçmiş arvadı 1978-ci il təvəllüdlü Bilalova Xatirə Faiq qızı ilə rastlaşıb. Uzun müddətdir ki, keçmiş arvadının axtarışına çıxan K.Bilalov ona yaxınlaşıb və cibindən çıxardığı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub. Çoxlu qan itirən qadın xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları K.Bilalovu tutaraq istintaqa cəlb edib.
Faktla bağlı cinayət işi başlanılıb.