Azərbaycana avtomobil idxalı 6 dəfəyə yaxın azalıb

11:23 - 16 Noyabr 2016 - İQTİSADİYYAT

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 349 avtomobil idxal olunub. Ucnoqta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,67 dəfə azdır.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 3 775-ni və yaxud 86,8%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,7 dəfə azalıb. 
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,09 dəfə azalaraq 75, yük avtomobillərinin idxalı 4,18 dəfə azalaraq 419, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,69 dəfə azalaraq 80 ədəd olub.

Xəbər xətti