Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin (Gürcüstan) ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə Ucnoqta.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Belə ki, “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportage” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.