Bakıda evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.