Salyanda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. APA-nın məlumatına görə, meyit noyabrın 10-da, axşam saatlarında Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində Salyanın Kürsəngi kəndi ərazisində yol kənarında aşkarlanıb. Təxminən 30-35 yaşında olan kişi meyiti müayinə olunmaq üçün Salyan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Hələlik meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Meyiti tapılan şəxsi tanıyanlardan Salyan Rayon Polis Şöbəsinə, 050 247 04 05 nömrəsində zəng vurmaları xahiş olunur.